Albaniyanın “Tirana” klubunun hücumçusu Florent Hasaninin adı Azərbaycan klubları ilə hallanır.
Oxu.Az xəbər verir ki, öncə “Qarabağ”ın elçi düşdüyü bildirilən kosovolu forvarda indi də “Neftçi”nin maraq göstərdiyi yazılıb. Hətta “Transfermarkt” portalı keçidin reallaşmasının 90 faiz olduğunu qeyd edib. Vaxtilə “Tirana”da Hasani ilə birgə çıxış etmiş “Qarabağ”ın futbolçusu Redon Cica isə keçmiş komanda yoldaşını Ağdam klubuna dəvət edib. Məlumata görə, 26 oyunçunun yayda klublarımızdan birinə keçmək ehtimalı yüksəkdir.
Məsələ ilə bağlı fərqli informasiyalar əldə etmişik. Məlumatlı mənbələrdən saytımıza bildirilib ki, “Qarabağ”ın yayda hücumçu transfer etmək planı var. Ancaq Ağdam təmsilçisi hələlik adı məlum olmayan başqa forvardla anlaşmağa çalışır. Daha doğrusu, təklif göndərilib, cavab gözlənir.
“Neftçi”nin yay transfer planları isə hələlik dəqiqləşməyib. Klub ilk növbədə hazırda icarə əsasında komandanın formasını geyinən Mateus Saldanyanı heyətdə saxlamağı düşünür. Yeni keçidlər isə mövsümün necə bitəcəyindən asılıdır. Daha doğrusu, “ağ-qaralar”ın ölkə kuboku qazanıb-qazanmayacağı gələcək planlarda həlledici rol oynayacaq.
Faiq Tahirov