Madrid “Real”ının və Kamerun millisinin keçmiş yarımmüdafiəçisi Ceremi Njitap PSJ-nin hücumçusu Kilian Mbappenin “kral klubu”na mümkün keçidi barədə danışıb.
“Mənim fikrimcə, bu mümkün deyil. Mbappenin dediklərini xatırlayıram: dünyanın ən yaxşı futbolçusu ilə oynamaq istəyirəm. Əgər PSJ-nin heyətinə baxsaq, görərik hər şey elə onun istədiyi kimidir. İnanmıram ki, dünyanın ən yaxşı futbolçuları ilə oynadığı bir vaxtda Mbappe harasa getsin”, - deyə o bildirib.
Mənbə: Sports.ru