İtaliya Kubokunun yarımfinal mərhələsinin cavab oyununda "Atalanta" öz meydanında "Latsio" ilə qarşılaşıb.
Oxu.Az xəbər verir ki, matçın əsas vaxtı qollu heç-heçə ilə yekunlaşıb - 1:1.
Tərəflər arasında keçirilmiş ilk görüşdə 2:2 hesabı qeydə alındığına görə qalibi müəyyənləşdirmək üçün əlavə vaxt təyin edilib. Burada da qol vurulmadığından komandalar penalti seriyasına gediblər.
Penaltiləri daha dəqiq yerinə yetirən (1:2) "Latsio" futbolçuları finala yüksəliblər.
Qeyd edək ki, həlledici qarşılaşmada Roma təmsilçisinin rəqibi "İnter" olacaq. İtaliya Kubokunun final qarşılaşması mayın 13-də keçiriləcək.