"Los-Anceles Leykers" komandasının hücumçusu və lideri Lebron Ceyms Milli Basketbol Assosiasiyası (NBA) tarixindəki bütün oyunçuların üçdəbirindən çoxuna qarşı oynayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Stathead" statistik xidməti məlumat yayıb.
"Portlend Treyl Bleyzers" komandasına qarşı keçirilən NBA oyununda Lebron Ceyms 20 yaşlı mərkəz oyunçusu Yanq Hansenlə qarşılaşıb. Bu onun karyerasında 23 NBA mövsümündə qarşılaşdığı 1822-ci basketbolçu olub. Ceyms indiyə qədər liqa oyununda meydana çıxan bütün oyunçuların 33.8%-nə qarşı oynayıb.
Lebron Ceymsin hazırda 41 yaşı var.