"Los-Anceles Leykers"in təcrübəli basketbolçusu Lebron Ceyms NBA-nın müntəzəm mövsümündə "Toronto Reptors"la keçirilən matçda 10 xal səddini keçə bilməyib.
Oxu.Az xəbər verir ki, meydanda ümumi 36 dəqiqə keçirən basketbolçu oyunu cəmi səkkiz xalla başa vurub.
Bununla da ulduz basketbolçunun 1297 oyunluq seriyası sona çatıb. O, müntəzəm çempionatın matçlarında hər dəfə minimum 10 xal qazanırdı. Sonuncu dəfə Lebron 2007-ci ilin yanvarında 10 xaldan az toplamışdı.
Qeyd edək ki, görüş Los-Anceles klubunun 123:120 hesablı qələbəsi ilə yekunlaşıb.