Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Litvalı atlet dünya rekordunu yenilədi
Litvalı idmançı Mikolas Alekna ABŞ-nin Oklahoma ştatının Ramona şəhərində keçirilən turnirdə diskatma üzrə yeni dünya rekordu müəyyənləşdirib.
Oxu.Az "Bild" nəşrinə istinadən xəbər verir ki, idmançı diski 75.56 m məsafəyə atıb.
Alekna keçən il həmin yarışda diski 74.35 metr məsafəyə ataraq dünya rekordu vurmuşdu. 2025-ci ildə o bu nəticəni iki dəfə yaxşılaşdırıb. Əvvəlcə 74.89 metr, sonra isə 75.56 metr nəticə göstərib.
22 yaşlı Mikolas Alekna 2024-cü il Olimpiya oyunlarının gümüş mükafatçısı (69.97 m), həmçinin 2022 (69.27 m) və 2023 (68.85 m) dünya çempionatının müvafiq olaraq gümüş və bürünc mükafatçısıdır. O, 2022-ci il Avropa Çempionatında qızıl medal qazanıb (69.78 m).