Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

ABŞ dolları yeni təhlükə ilə üz-üzədir
ABŞ dolları onilliklər ərzində əsas təhlükəsiz sığınacaq aktivi olub, lakin Prezident Donald Trampın xaotik siyasəti və onun bütün dünya ilə ticarət müharibəsinə başlaması avronun bu rolda ABŞ valyutasını sıxışdırmağa başlamasına gətirib çıxarıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat verib.
Qeyd olunur ki, ABŞ dövlət istiqrazları üzrə gəlirliliyin artması və dolların ucuzlaşması fonunda investorlar pullarını avroya köçürməyə başlayıblar.
Analitiklərin proqnozlarına görə, bu fonda Avropa valyutası 2021-ci ilin ortalarından bəri ən yüksək səviyyə olan 1.2 dollara qədər bahalaşa bilər, baxmayaraq ki, belə artım hələlik əksər baza proqnozlarına daxil edilməyib.
"ABŞ dolları" teqi üzrə xəbərlər
- Azərbaycanın strateji valyuta ehtiyatları 74 milyard dollara yaxınlaşıb
- Azərbaycana 16 ölkədən qızıl idxal edilib
- Dollara nisbətdə ən çox artan valyuta rubl olub
- Maliyyə Nazirliyindən manatın məzənnəsi ilə bağlı AÇIQLAMA
- Sabiq vəzifəli şəxs Şərurlu İsfəndiyardan ŞİKAYƏTÇİDİR: "155 min dollarımı VERMİR, xəstəlik tapdım"