Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"Liverpul"dan doğma meydanda inamlı qələbə
Futbol üzrə İngiltərə çempionatının 2-ci turunda "Liverpul" "Brentford" üzərində inamlı qələbə qazanıb.
Oxu.Az xəbər verir ki, "Enfild"də keçirilən görüş 2:0 hesabı ilə başa çatıb. Qolları Luis Dias və Məhəmməd Salah vurublar.
Mersisaydlılar 6 xal toplayıb və çempionat cədvəlində dördüncü, "Brentford" isə üç xalla 13-cü yerdədir.
Növbəti mərhələdə, sentyabrın 1-də Arne Slotun komandası səfərdə "Mançester Yunayted"lə oynayacaq, bundan bir gün əvvəl isə "Brentford" "Sauthempton"u qəbul edəcək.
"Brentford" teqi üzrə xəbərlər
Ən çox oxunanlar