İngiltərə Premyer Liqasının VII turunda "Liverpul" səfərdə "Brentford"u 2:1 hesabı ilə məğlub edib.
Oxu.Az xəbər verir ki, qarşılaşmanın 44-cü dəqiqəsində Kin Lyuis-Potter meydan sahiblərini hesabda önə keçirib. İlk hissəyə əlavə olunmuş 8-ci dəqiqədə isə "Brentford"un futbolçusu Yeqor Yarmolyuk birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
Oyunun 62-ci dəqiqəsində Viktor Munyos hesabı bərabərləşdirib. Matçın 70-ci dəqiqəsində isə Aleksander İsak "Liverpul"a qələbə qazandıran qola imza atıb.
Görüşün 90+2-ci dəqiqəsində meydan sahiblərinin daha bir futbolçusu - Vitali Yanelt ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
Bu nəticədən sonra xallarını 12-yə çatdıran "Liverpul" turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb. "Brentford" isə 10 xalla altıncı yerdədir.