Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

“Liverpul” koronavirus səbəbindən Salahı yığmaya buraxmadı
Misir Futbol Federasiyası öz rəsmi saytında komandanın əsas futbolçusu Məhəmməd Salah barədə xüsusi açıqlama yayıb.
Açıqlamada qeyd olunur ki, “Liverpul” 29 yaşlı hücumçunu yığmanın düşərgəsinə buraxmayıb.
“Mersesaydlılar” M.Salahı milliyə buraxmadıqları üçün qarşı tərəfdən üzr istəyib.
Klub koronavirus səbəbindən bu addımı atdığını vurğulayıb və ölkədən çıxan futbolçuların İngiltərəyə qayıtdıqdan sonra məcburi karantinə alınacağını əsas gətirib.
İngiltərə klubu oyunçunun əvvəllər karantinə alındığını və bundan sonra fiziki formasını bərpa etməkdə əziyyət çəkdiyini Misir Futbol Federasiyasının nəzərinə çatdırıb.
"Məhəmməd Salah" teqi üzrə xəbərlər
- Salahın Səudiyyə Ərəbistanından cəlbedici təklifi rədd etməsinin səbəbi məlum oldu
- Məhəmməd Salahın "Liverpul"dakı taleyi məlum oldu
- "Liverpul" Məhəmməd Salahın bütün şərtlərini qəbul edəcək
- "Liverpul" türkiyəli hücumçu üçün İtaliya klubuna 80 milyon avro ödəməyə hazırdır
- Arsen Vergerə görə müasir futbolçulardan ən yaxşısı kimdir?