Sürixdə qadınlar arasında voleybol üzrə Çempionlar Liqasının pley-off mərhələsinin birinci turunda İsveçrənin “Volero” və Azərbaycanın “Lokomotiv” komandalarının cavab matçı keçirilib.
Oxu.Az xəbər verir ki, Bakıdakı 3:2 hesabı ilə qələbədən sonra “Lokomotiv”ə 0:3 və ya 1:3 hesabı ilə məğlub olmamaq lazım idi.
Lakin təəssüf ki, isveçrəlilər lazım olan nəticəni əldə edərək, 3:1 hesabı ilə qalib gəliblər.
Birinci hissədə üstünlük “Lokomotiv”in tərəfində olub – 25:21. Lakin sonrakı 3 seti ev sahibləri götürüblər – 25:18, 25:14, 25:19.
Beləliklə, “Lokomotiv” Çempionlar Liqasında iştirakını başa vurub.
Xatırladaq ki, “Telekom” və “Azərreyl” hələ qrup mərhələsində turnirlə vidalaşıblar.
F.H.
www.oxu.az