Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Rakuv"un heyətində Polşa çempionatında ilk qolunu vurub.
Oxu.Az xəbər verir ki, 29 yaşlı hücumçu II turda "Şlyonsk" komandasına qarşı səfər oyununda fərqlənib.
Start heyətində meydana çıxan M.Emreli 60-cı dəqiqədə hesabı açıb. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu, Mahir Emrelinin "Rakuv"un heyətində ikinci qolu olub. O, daha əvvəl UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Malta təmsilçisi "Valletta" ilə debüt matçında da rəqib qapısına yol tapmışdı.
Qaynar xətt:
(055) 224 12 12