Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşanın "Rakuv" klubunun heyətində sayca üçüncü qolunu vurub.
Oxu.Az xəbər verir ki, Emreli bu dəfə UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində səfərdə "Hayduk"un (Xorvatiya) qapısına yol tapıb.
Forvard 27-ci dəqiqədə baş zərbəsi ilə fərqlənib. Qarşılaşma isə 2:2 hesabı ilə başa çatıb.
Qeyd edək ki, Mahir Emreli iyulun 17-də "Rakuv"a transfer olunub.
Qaynar xətt:
(055) 224 12 12