Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli karyerasını Polşada davam etdirəcək.
Oxu.Az xəbər verir ki, 29 yaşlı futbolçu "Rakuv" klubuna transfer olunub.
Bu barədə Polşa təmsilçisi rəsmi sosial şəbəkə hesablarında məlumat yayıb:
"61 dəfə Azərbaycan milli komandasının formasını geyinmiş Mahir Emreli "Rakuv"un yeni üzvüdür".
Qeyd edək ki, Mahir Emreli "Rakuv"a Almaniyanın "Kayzerslautern" klubundan icarə əsasında keçib. Razılaşmaya əsasən, mövsümün sonunda Polşa klubunun futbolçunun transfer hüququnu birdəfəlik almaq imkanı var.
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Polşanın "Rakuv" klubuna transferi yekunlaşmaq üzrədir.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, 29 yaşlı hücumçu hazırda Ekstraklasa təmsilçisində tibbi müayinədən keçir.
Onun bu kluba keçidi gün ərzində və ya sabah rəsmən açıqlanacaq. Çenstoxova şəhərinin təmsilçisi ötən mövsüm çempionatda dördüncü yeri tutaraq UEFA Konfrans Liqasına vəsiqə qazanıb. Komanda bu turnirin II təsnifat mərhələsində Maltanın "Valletta" kollektivi ilə üz-üzə gələcək.
Xatırladaq ki, azərbaycanlı forvard son olaraq Almaniyanın "Kayzerslautern" komandasının formasını geyinib. M.Emreli 2021/2022 mövsümünün ilk yarısında Polşada "Legiya"nın uğurları üçün çalışıb.