"Şamaxı" FK növbəti transferini reallaşdırıb.
Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bölgə təmsilçisi portuqaliyalı yarımmüdafiəçi Filipe Markeşi transfer edib.
28 yaşlı futbolçu ilə ikiillik müqavilə imzalanıb.
Qeyd edək ki, Filipe Markeşin son klubu Portuqaliyanın "Amora" komandası olub.
Xatırladaq ki, "Şamaxı" bunadək Azər Bağırov (baş məşqçi, "Kəpəz"), Sənan Muradlı ("Sumqayıt" - icarə) Emin Rüstəmov ("Karvan-Yevlax"), Uğur Cahangirov ("Karvan-Yevlax"), Ceyhun Bağırzadə ("Qəbələ-2"), Okan Təhməzli ("Qəbələ") və Hacıəli Şirəliyevi kluba cəlb edib.
