İngiltərənin “Mançester Yunayted” klubunun Bakıda fəaliyyət göstərən məktəbi bağlanıb.
Oxu.Az xəbər verir ki, buna səbəb AFFA, “Bakcell” və həmin klub arasında bağlanmış əməkdaşlıq müqaviləsinin müddətinin başa çatmasıdır.
Qeyd edək ki, həmin futbol məktəbi 2014-cü ildən Bakıda fəaliyyət göstərirdi. Məşqlər Bayıl Arenada keçirilirdi. Adətən, hər mövsümün sonunda məktəbdə fəaliyyət göstərən beş ən yaxşı azyaşlı futbolçu Mançesterə aparılır, həmin klubun düşərgəsində olmaq imkanı yaradılırdı.
Səbuhi MUSAYEV
www.oxu.az