İngiltərə Premyer Liqasının 11-ci turu çərçivəsində keçirilən “Çelsi” – “Mançester Yunayted” qarşılaşmasında qonaqların yarımmüdafiəçisi Cessi Linqard görüşün baş hakimi 39 yaşlı Entoni Teylorla eyni yerdən start götürməsinə baxmayaraq sürətdə ona uduzub.
Oxu.Az-ın xəbərinə görə, video “Footy Humour” Twitter hesabında yerləşdirilib.
Matç London təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. 24 yaşlı C. Linqard oyuna 78-ci dəqiqədə daxil olub. Ümumilikdə, o, cari mövsümdə Premyer Liqada doqquz oyunda meydana çıxıb.
11 turdan sonra “Mançester Yunayted” 23 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Çelsi” 22 xalla dördüncüdür.
S.B.
www.oxu.az