Almaniya millisinin qapıçısı Manuel Noyer dünya çempionatlarında keçirdiyi oyunların sayına görə qapıçılar arasında rekorda imza atıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, o, 2026-cı il dünya çempionatının qrup mərhələsinin ikinci turunda Kot-d`İvuar millisinə qarşı keçirilən oyunda meydana çıxıb.
Bu görüş Noyer üçün dünya çempionatlarındakı 21-ci matç olub. Bununla da o, daha əvvəl Uqo Lyorisa məxsus olan rekordu təkrarlayıb.
40 yaşlı qapıçı 2011-ci ildən "Bayern Munich" klubunun formasını geyinir. O, klubla birlikdə 13 dəfə Almaniya çempionu, 7 dəfə Almaniya Superkubokunun, 6 dəfə Almaniya Kubokunun qalibi olub. Bundan əlavə, iki dəfə UEFA Çempionlar Liqasının, UEFA Superkubokunun və FIFA Klublararası dünya çempionatının qalibi adını qazanıb.
Manuel Noyer Almaniya millisinin heyətində 2014-cü ildə dünya çempionu olub, 2010-cu ildə isə mundialın bürünc medalını qazanıb.
Qeyd edək ki, 2026-cı il futbol üzrə dünya çempionatı iyulun 19-da başa çatacaq.