Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Maqnus Karlsen rekord müəyyənləşdirdi
2013-cü ildən etibarən 10 il ərzində çempion adını daşımış norveçli qrosmeyster Maqnus Karlsen rekorda imza atıb.
Oxu.Az "Kommersant" nəşrinə istinadla xəbər verir ki, şahmatçı 143 min nəfərə qarşı görüş keçirməklə bu nailiyyəti əldə edib.
Aprelin 4-dən bəri "Chess.com" platformasında keçirilmiş "Fişer şahmatı" üzrə (burada piyada istisna olmaqla bütün fiqurlar təsadüfi şəkildə düzülür) "qalan dünya"ya qarşı görüşdə norveçlinin bu qədər sayda rəqibi olub.
Şahmatçının rəqibləri hər bir gedişlərini onlayn-səsvermə yolu ilə seçiblər. Oyun gedişlərin təkrarlanması ilə 32-ci gedişdə bərabərliklə başa çatıb.
"Maqnus Karlsen" teqi üzrə xəbərlər
- 13 yaşlı azərbaycanlı şahmatçı Maqnus Karlseni iki dəfə məğlub edibmiş
- Maqnus Karlsen məğlubiyyəti həzm edə bilmədi, yumruğunu masaya çırpdı
- Şəhriyar Məmmədyarov dünya reytinqində 11-ci oldu
- Dünyanın ən yaxşı şahmatçısı kiberidman komandasına qoşuldu
- FIDE-dən Karlsenin turnirində iştirak edən şahmatçılara ULTİMATUM