Argentina millisinin sabiq hücumcusu Diyeqo Maradona Buenos Ayresdəki evini tərk etmək məcburiyyətində qalıb.
Oxu.Az The Mirror-a istinadən xəbər verir ki, buna səbəb onun sevgilisi Rosio Oliva ilə mübahisə etməsi olub.
Argentinalı jurnalist Lio Pekoraro bildirib ki, mübahisə 28 yaşlı Olivanın 58 yaşlı Maradonanı öz evindən qovması ilə nəticələnib.
Ehtimal olunur ki, mübahisəyə səbəb qadının Meksikaya köçmək istəməməsi olub.
Qeyd edək ki, hazırda Maradona Meksikanın “Dorados” klubunda çalışır.
Oxu.Az yeniləndi!
Rəylər