Əfsanəvi argentinalı futbolçu Diyeqo Maradona dünya çempionatının 1/8 final mərhələsi çərçivəsində keçirilən Kolumbiya – İngiltərə oyununun baş hakimi amerikalı Mark Geygeri tənqid etdiyinə görə FİFA-dan üzr istəyib.
Oxu.Az “Sovetski sport”a istinadla xəbər verir ki, daha öncə Maradona hakimin səhv qərarları ilə ingilislərin ¼ finala adlamasına yardım etdiyini söyləmişdi.
Maradona öz “İnstagram” hesabında yazıb:
“Bu günlərdə bəzi səhv ifadələrə yol verdim. FİFA və qurumun prezidentindən üzr istəyirəm. Mən hakimlərin işinə hörmətlə yanaşıram”.
Xatırladaq ki, İngiltərə Kolumbiya millisinə penaltilər seriyasında qalib gəlib – 4:3.
Rəylər