Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Məhəmməd Salah bu mövsüm rekordlarına daha birini əlavə etdi
"Liverpul"un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında növbəti qol rekorduna imza atıb.
Oxu.Az "Squawka"ya istinadən xəbər verir ki, misirli futbolçu Premyer Liqa tarixində bir mövsümdə 25 və ya daha çox qol vuran, həmçinin 15 və ya daha çox məhsuldar ötürmə edən ilk oyunçu olub.
Bu il Premyer Liqada ən çox qol və ötürmə edən futbolçu olan Salah dünən "Mançester Siti" ilə baş tutan və "qırmızılar"ın qələbəsi (2:0) ilə yekunlaşan matçda da qol vurub və assistentlik edib. Onun aktivində hazırki İngiltərə çempionatında 25 qol və 16 məhsuldar ötürmə var.
Arne Slotun komandasının Premyer Liqada hələ 11 matçı var. Salah Avropanın top çempionatlarında qol və ötürməli oyunların sayına görə də son 10 ilin rekorduna imza atıb.
"Məhəmməd Salah" teqi üzrə xəbərlər
- "Liverpul" türkiyəli hücumçu üçün İtaliya klubuna 80 milyon avro ödəməyə hazırdır
- Arsen Vergerə görə müasir futbolçulardan ən yaxşısı kimdir?
- "Qızıl top"un yeni favoriti açıqlandı: Salah liderliyi itirdi
- Məhəmməd Salahın meneceri futbolçunu "Barselona"ya təklif etdi
- "Liverpul" Məhəmməd Salaha əvəzedici tapdı