İngiltərənin "Liverpul" klubu misirli futbolçu Məhəmməd Salahla müqaviləni uzadıb.
Oxu.Az xəbər verir ki, bu barədə klubun rəsmi "X" səhifəsində məlumat və hücumçunun "O, qalır" başlığı ilə fotosu paylaşılıb.
32 yaşlı hücumçu ilə yeni müqavilənin müddəti 2027-ci ilin iyununa qədərdir. M.Salah 2017-ci ildən "Liverpul"un nailiyyətləri üçün tər tökür.
The story continues... 👑 pic.twitter.com/ITVF6gpqAJ
— Liverpool FC (@LFC) April 11, 2025