Keçən il yanvarın 9-da münasibətləri başlayan və təxminən 1.5 ildir böyük maraqla izlənilən məşhur cütlük - futbolçu Mauro İkardi və aktrisa Çina Suaresin ayrıldığı iddia edilir. Onların münasibətlərinin böyük bir böhran səbəbindən rəsmi olaraq başa çatdığı bildirilir.
Oxu.Az-ın "Haber Global"a istinadən xəbərinə görə, ayrılıq xəbərlərinin detalları "Salvese Quien Pueda" televiziya proqramında ortaya çıxıb.
Jurnalist Yanina Latorre canlı yayımda ayrılığın səbəblərini ictimaiyyətlə bölüşüb.
Latorrenin iddialarına görə, son həftələrdə cütlük arasında artan gərginlik dözülməz həddə çatıb. Gündəlik həyatlarına birbaşa təsir edən fikir ayrılıqları, ardı-arası kəsilməyən qısqanclıq böhranı və eyni evi paylaşmağın yaratdığı daimi gərginlik onların 1.5 illik münasibətlərinin başa çatmasında böyük rol oynayıb. Artıq davam etmək istəməyən məşhur aktrisa Çina Suares radikal bir qərara gəlib və münasibətləri tamamilə bitirən tərəf olub.
Həmçinin diqqətçəkən bir məqam da Mauro İkardinin qərara verdiyi reaksiya olub. Jurnalist Yanina Latorre iddia edir ki, İkardi tərk edildikdən sonra olduqca sarsılıb və böyük kədər yaşayıb.