SSSR yığmasının keçmiş futbolçusu, Avropa çempionu, “Zenit”, “MOİK” və digər tanınmış Rusiya klublarının şərəfini qoruyan Serqey Dmitriyev 1988-ci ildə Bakıda “Neftçi” nümayəndələrinin “Zenit”ə oyunu uduzmağı təklifi barədə danşıb.
“Neftçi”dən gəlmişdilər, kömək istəyirdilər”,- Oxu.Az futbolçunun “Sport-Ekspress” nəşrinə müsahibəsindən sözlərini sitat gətirir.
“Uşaqlar imtina etdilər. O vaxt məşqçi Zavidonov məni əsas heyətdə buraxmamışdı. İkinci 45 dəqiqədə oyuna daxil oldum və qələbə qolunu vurdum! 2:1 hesabı ilə qalib gəldik və “Neftçi” bu mövsüm SSSR çempionatı ilə vidalaşaraq 1-ci liqaya düşdü”, - Dmitriyev deyib.