UEFA Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” (Azərbaycan) – “Yanq Boyz” (İsveçrə) cavab qarşılaşmasının başlama saatı müəyyənləşib.
Oxu.Az-ın Apasport.az-a istinadən məlumatına görə, Bakıda oynanılacaq qarşılaşma avqustun 27-i saat 21:00-da başlayacaq.
Bu barədə UEFA-nın rəsmi saytında məlumat verilib.
Qeyd edək ki, sözügedən komandalar arasındakı ilk görüş avqustun 20-i Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin