Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Məşhur şahmatçılarımız ilin ilk yarışında mübarizəyə qoşulur
Azərbaycanın tanınmış şahmatçıları – Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Niderlandın Veyk aan Zee şəhərində keçirilən ənənəvi turnirdə iştirak edəcək.
Oxu.Az xəbər verir ki, 81-ci Tata Steel Masters və Tata Steel Challengers turniri sabah start götürəcək və 13 turdan ibarət olan yarış yanvarın 27-də başa çatacaq.
Şahmatçılarımızın bu turnirdə rəqibləri dünya çempionu, sözügedən yarışın hamıdan çox – altıqat qalibi Maqnus Karlsen (Norveç), Dinq Liren (Çin), Aniş Qiri, Yorden van Foreest (hər ikisi Niderland), eks dünya çempionu Vladimir Kramnik, rapid üzrə son dünya çempionu Yan Nepomnyaşi, Vladimir Fedoseyev (hər üçü Rusiya), keçmiş dünya çempionu Vişvanatan Anand, Vidit Santoş Qucrati (hər ikisi Hindistan), Yan-Kjıştof Duda (Polşa), Rixard Raport (Macarıstan) və Sem Şanklənd (ABŞ) olacaq.
Tata Steel Challengers-də (növbəti il Masters-ə çıxmaq üçün yarışanlar – S.M.) isə Azərbaycan təmsilçisi olmayacaq.
Qeyd edək ki, ilk 12 tur Bakı vaxtı ilə saat 16:30-da start götürəcək. Yalnız sonuncu tur 15:00-a təsadüf edəcək.
Səbuhi MUSAYEV
"Azərbaycan" teqi üzrə xəbərlər
- Nikol Paşinyandan etiraf: "Mən böyük səhv etdim"
- Türkiyə vətəndaşı Azərbaycanda öldü
- Köhnə dünyanın fiaskosu: "Güllələrin istehsalı çörək istehsalını qabaqlayıb"
- Abdulkadir Uraloğlu: "Türkiyə-Azərbaycan tranzit keçid sənədi kvotası 100 minə yüksəldildi"
- Göyərtəsində azərbaycanlıların olduğu gəmi Kerç boğazında çətin vəziyyətə düşüb
Rəylər