İsveç millisinin hücumçusu Ola Toyvonen DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Fransa komandası ilə oyunun 93-cü dəqiqəsində stadionun mərkəzindən qələbə topunu vurub.
Oxu.Az-ın məlumatına görə, qolun videosu YouTube-da MOTD kanalında yerləşdirilib.
Toyvonen matçın final fitinə bir neçə saniyə qalmış fransalı qapıçı Uqo Lorisin səhvindən istifadə edərək fərqlənib. Nəticədə İsveç yığması Fransa üzərində 2:1 hesablı qələbə qazanıb.
Altı turdan sonra “A” qrupunda mübarizə aparan İsveç və Fransa komandaları hərəyə 13 xal toplayaraq birinci və ikinci yerləri bölüşdürürlər.
S.B.
www.oxu.az