Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Millətlər Liqası: Səkkiz oyundan yeddisində qonaqlar sevindi, birində qalib müəyyənləşmədi
UEFA Millətlər Liqasında II tur davam edir.
Oxu.Az xəbər verir ki, ötən gün daha 8 qarşılaşma baş tutub.
Maraqlıdır ki, bu matçların 7-də qonaqlar qalib gəlib.
Günün əsas oyununda Niderland öz meydanında İtaliya ilə bacarmayıb – 0:1.
Bosniya və Herseqovina isə Polşaya məğlub olub – 1:2.
B liqasında Rumıniya Avstriyada, Norveç Şimali İrlandiyada qələbəni bayram edib.
Çexiya da dogma meydanda boynunu bükənlərdən olub. Şotlandiya səfərdən 3 xalla qayıdıb.
Ev komandaları arasında yeganə üzü gülən Slovakiyanı qəbul edən və bir xal qazanan İsrail olub – 1:1.
C liqasında da meydan sahibləri üçün uğursuz gün olub. Qazaxıstan Belarusa, Albaniya Litvaya uduzub.
Qeyd edək ki, II tura sentyabrın 8-də yekun vurulacaq.
Millətlər Liqası
II tur
7 sentyabr
C liqası, 4-cü qrup
Qazaxıstan – Belarus - 1:2
Qollar: Aymbetov, 62 - Bordaçev, 53, Lisakoviç, 86
Albaniya – Litva - 0:1
Qol: Kazlauskas, 51
A liqası, 1-ci qrup
Bosniya və Herseqovina – Polşa - 1:2
Qol: Hayradinoviç, 24 (pen.) - Qlik, 45, Qrosiçki, 67
Niderland – İtaliya - 0:1
Qol: Barella, 45+1
B liqası, 1-ci qrup
Avstriya – Rumıniya - 2:3
Qollar: Baumqartner, 17, Onisivo, 81 - Alibek, 3, Qriqore, 51, Maksim, 70
Şimali İrlandiya – Norveç - 1:5
Qollar: Makneyr, 6 - Elyunussi, 2, Haaland, 7, 58, Sorlot, 19, 47
B liqası, 2-ci qrup
Çexiya – Şotlandiya - 1:2
Qollar: Pesek, 12 - Dikes, 27, Kristite, 52 (pen.)
İsrail – Slovakiya - 1:1
Qollar: Elmkis, 90+1 - Duris, 14
"Avstriya" teqi üzrə xəbərlər
- Avstriya vətənlərinə qayıtmaq istəyən suriyalılara 1000 avro ödəyəcək
- Avstriya məktəbində mumiyalanmış uşaq meyiti aşkarlandı
- Avstriyada Motsartın adına şokolad istehsal edən zavod bağlanıb
- Avstriyada şəhər meri güllələndi
- "Coca-Cola" onmilyonlarla şüşəni geri çağırır - Tərkibində təhlükəli hissəciklər var