Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin növbəti qarşılaşmaları keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu oyun günündə 10 matç baş tutacaq.
A Liqasının I qrupunda Belçika Türkiyəni qəbul edəcək, Fransa isə İtaliya ilə qarşılaşacaq.
B Liqasının II qrupunda Macarıstan Gürcüstanı, Ukrayna isə Şimali İrlandiyanı qəbul edəcək. B Liqasının IV qrupunda Bosniya və Herseqovina - İsveç, Polşa - Rumıniya qarşılaşmaları baş tutacaq.
C Liqasının II qrupunda Kipr Ermənistanla, Latviya isə Monteneqro ilə qarşılaşacaq. C Liqasının III qrupunda Qazaxıstan Moldova ilə, Farer adaları isə Slovakiya ilə münasibətlərinə aydınlıq gətirəcək.
UEFA Millətlər Liqası
2 oktyabr
A Liqası, I qrup
22:45. Belçika - Türkiyə;
22:45. Fransa - İtaliya.
B Liqası, II qrup
22:45. Macarıstan - Gürcüstan;
22:45. Ukrayna - Şimali İrlandiya.
B Liqası, IV qrup
22:45. Bosniya və Herseqovina - İsveç;
22:45. Polşa - Rumıniya.
C Liqası, II qrup
20:00. Kipr - Ermənistan;
20:00. Latviya - Monteneqro.
C Liqası, III qrup
18:00. Qazaxıstan - Moldova;
22:45. Farer adaları - Slovakiya.