Milli Paralimpiya Komitəsində fəxri vitse-prezident seçilib.
Oxu.Az xəbər verir ki, Azərbaycanda Paralimpiya hərəkatının inkişafında fəal xidmətlərə görə Natiq Misir oğlu Qasımov Milli Paralimpiya Komitəsinin fəxri vitse-prezidenti olub.
Qeyd edək ki, Natiq Qasımov daha əvvəl Milli Paralimpiya Komitəsinin I vitse-prezidenti və eyni zamanda Uşaq Paralimpiya Komitəsinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
O ötən ilin yanvarında I vitse-prezident postundan azad edilmişdi.
