Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Millimizdən Avropa çempionatında biabırçı məğlubiyyət
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.
Oxu.Az xəbər verir ki, yığmamız Avropa çempionatının II seçmə mərhələsində ilk matçına çıxıb.
B Liqasının 4-cü qrupunda yer alan Həbib Ağayevin yetirmələri Şimali İrlandiya yığması ilə üz-üzə gəlib. Albaniyanın paytaxtı Tiranada yerləşən "House of Football Natural Pitch" stadionunda təşkil olunan görüş komandamızın darmadağına üzülməsi ilə yekunlaşıb.
İlk yarıda iki qola sevinən irlandlar fasilədən sonra daha iki dəfə fərqləniblər.
Mərhələyə 0:4 hesablı məğlubiyyətlə başlayan komandamız II turda Albaniya ilə üz-üzə gələcək. Bu matç fevralın 21-də keçiriləcək.
Qeyd edək ki, qrupun digər matçında Albaniya və Monteneqro üz-üzə gələcəklər.
Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının II seçmə mərhələsində ilk oyununu keçirəcək.
Oxu.Az xəbər verir ki, B Liqasının IV qrupunda yer alan yığma Şimali İrlandiya ilə üz-üzə gələcək.
Albaniyanın paytaxtı Tiranadakı "House of Football Natural Pitch" stadionunda təşkil olunacaq qarşılaşmanı rumıniyalı Roksana Rekorean idarə edəcək.
Matç Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.