Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Qadın millimiz Maltaya da məğlub oldu
Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının II seçmə mərhələsində bu gün Malta ilə qarşılaşıb.
Oxu.Az xəbər verir ki, portuqaliyalı baş hakim Filipa Pereyra Kunyanın idarə etdiyi görüş Malta seçməsinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qrupun digər matçında isə Bolqarıstan Lüksemburq millisini 4:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Hərəyə altı xalı olan Bolqarıstanla Lüksemburq milliləri birinci və ikinci pillələri bölüşür. Hərəyə üç xalı olan Malta və Azərbaycan seçmələri isə üçüncü və dördüncü sıralarda qərarlaşıblar.
Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının II seçmə mərhələsində bu gün Malta ilə qarşılaşacaq.
Oxu.Az xəbər verir ki, B Liqasının II qrupunda yer alan komandaların oyununu portuqaliyalı baş hakim Filipa Pereyra Kunya idarə edəcək.
Görüş Bayıl stadionunda, saat 13:00-da başlayacaq. Qrupun digər matçında eyni vaxtda Lüksemburq və Bolqarıstan kollektivləri üz-üzə gələcəklər.
Son turdan öncə Lüksemburq altı xalla qrup lideridir. Azərbaycan və Bolqarıstan milliləri hərəyə üç xalla müvafiq olaraq ikinci və üçüncü pillələrdə qərarlaşıblar. Qrup sonuncusu Maltanın hesabında xal yoxdur.
Qeyd edək ki, Nərgiz Qurbanovanın rəhbərlik etdiyi Azərbaycan millisi qrupda daha əvvəl keçirdiyi görüşlərdə Lüksemburqa 0:5 hesabı ilə məğlub olub, Bolqarıstana isə qalib gəlib - 3:2.
"Avropa çempionatı" teqi üzrə xəbərlər
- Mikayıl Cabbarov Avropa çempionatında uğur qazanmış güləşçilər və onların məşqçiləri ilə görüşüb
- Azərbaycanlı ağırlıqqaldıran Avropa çempionatında 3 medal qazanıb
- Azərbaycan millisindən kənarlaşdırılan qapıçı Xorvatiya ilə matçda da oynamayacaq
- Həsrət Cəfərov: "Sevinirəm ki, zəhmətimin bəhrəsini gördüm"
- Eldəniz Əzizli: "Peşəkar idmançı olduğum üçün rəqibin kimliyinə önəm vermirəm"