Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Millimiz “Böyük Dəbilqə”ni yeddi medalla başa vurdu - YENİLƏNİB
Bakıda keçirilən cüdo üzrə “Böyük Dəbilqə” (Grand Slam) turnirində idmançılarımız mübarizəni başa vurub.
Oxu.Az xəbər verir ki, millimiz son gündə bir gümüş və iki bürünc medal qazanıb.
Millimizin legionerlərindən İrina Kindzerskaya (+78 kq) və Zelim Kostoyev (-100 kq) üçüncü yer uğrunda görüşdə qalib gəlib və bürünc medala yiyələnib.
IV İslam Həmrəyliyi Oyunlarının qalibi olmuş Məmmədəli Mehdiyev (-90 kq) isə finalda serbiyalı rəqibinə uduzub. O, gümüş medalla kifayətlənib. Bununla da mayın 10-da start götürmüş “Böyük Dəbilqə” turnirində medallarımızın sayı yeddiyə çatıb. Millimiz turniri bir qızıl, iki gümüş və dörd bürünc medalla başa vurub.
14.55
Bakıda keçirilən cüdo üzrə “Böyük Dəbilqə” (Grand Slam) turnirində idmançılarımız mübarizələrini davam etdirir.
Oxu.Az xəbər verir ki, 2017-ci ilin dünya üçüncüsü, qızıl medal ümidimiz İrina Kindzerskaya (+78 kq) etimadı doğrultmayıb.
O, yarımfinalda Larisa Çeriçə (Bosniya və Herseqovina) uduzub. Ukraynalı legionerimiz bürünc medal uğrunda Marina Slutskaya (Belarus) ilə mübarizə aparacaq.
IV İslam Həmrəyliyi Oyunlarının qalibi olmuş Məmmədəli Mehdiyev (-90 kq) finala çıxıb. O, yarımfinalda Kristian Totu (Macarıstan) məğlub edib. Məmmədəlinin finaldakı rəqibi dünya çempionu Nemanya Maydov (Serbiya) olacaq.
Rusiyalı legionerimiz Zelim Kotsoyev (-100 kq) 1/4 finalda öz həmyerlisinə uduzub. O, Kazbek Zankişiyevlə (Rusiya) bacarmayıb. Osetin legionerimiz bürünc medal üçün təsəlliverici yarışda son Avropa çempionu bolqar əsilli Toma Nikiforovu məğlub edib. O, bürünc medal uğrunda görüşdə Otqonbaatar Lxaqvasurenlə (Monqolustan) görüşəcək.
14.28
Bakıda keçirilən cüdo üzrə “Böyük Dəbilqə” (Grand Slam) turnirində idmançılarımız mübarizəni davam etdirir.
Oxu.Az xəbər verir ki, hazırda üç cüdoçumuz medal qazanmaq şansını saxlayır.
Qadınlar
+78 kq
İrina Kindzerskaya 1/4 finalda Kseniya Çibisovaya (Rusiya) qalib gəldi. O, yarımfinalda Larisa Çeriçlə (Bosniya və Herseqovina) qarşılaşacaq.
Kişilər
-90 kq
Məmmədəli Mehdiyev 1/8 finalda Mərt Şişmanlar (Türkiyə) və 1/4 finalda Yesper Sminkə (Niderland) qalib gəldi. Onun yarımfinaldakı rəqibi Kristian Tot (Macarıstan) olacaq.
-100 kq
Elmar Qasımov 1/8 finalda rəqibi Toma Nikiforova (Belçika) uduzaraq mübarizəni dayandırdı. Zelim Kotsoyev 1/8 finalda Mikita Sviridi (Belarus) məğlub etdi. Onun 1/4 finalda rəqibi Kazbek Zankişiyev (Rusiya) olacaq.
+100 kq
Rüstəm Kotsoyev 1/4 finalda Qela Zaalişviliyə (Gürcüstan), təsəlliverici yarışda Vladuts Simyoneskuya (Rumıniya) uduzaraq mübarizəni dayandırdı.
13:19
Bakıda keçirilən cüdo üzrə “Böyük Dəbilqə” (Grand Slam) turnirində sonuncu – üçüncü günə start verilib.
Oxu.Az xəbər verir ki, bu gün 13 idmançımız mübarizəyə qoşulub.
Qadınlar
+78 kq
1/8 final. İrina Kindzerskaya Sandra Yablonskiteyə (Litva) qalib gəldi. Onun 1/4 finaldakı rəqibi Sara Adlinqton (Böyük Britaniya) – Kseniya Çibisova (Rusiya) cütünün qalibi olacaq.
Kişilər
-90 kq
1/16 final. Məmmədəli Mehdiyev Avtandil Tçrikişviliyə (Gürcüstan) qalib gəldi. Onun 1/8 finaldakı rəqibi Mərt Şişmanlar (Türkiyə) olacaq.
1/32 final. Əbdülhəqq Rəsullu Li Koxmana (İsrail) uduzaraq mübarizəni dayandırdı. 1/32 final. Əliömər Tumayev Altanbaqana Qantulqaya (Monqolustan) uduzaraq mübarizəni dayandırdı.
1/32 final. Tural Səfquliyev Davis Dudaya (Latviya) qalib gəlsə də, 1/16 finalda Eduard Tripelə (Almaniya) uduzaraq mübarizəni dayandırdı.
-100 kq
1/16 final. Elmar Qasımov Danilo Pantiçə (Monteneqro) qalib gəldi. Onun 1/8 finaldakı rəqibi Toma Nikiforov (Belçika) olacaq.
1/16 final. İeso Kvirikaşvili Karolis Bauzaya (Litva) uduzaraq mübarizəni dayandırdı.
1/32 final. Zelim Kotsoyev Batır Hocaməhəmmədova (Türkmənistan) qalib gəldi. O daha sonra 1/16 finalda Domenik Şönefeldti (Almaniya) məğlub etdi. 1/8 finalda onun rəqibi Mikita Svirid (Belarus) olacaq.
1/32 final. Adil Kərimli Niyaz Bilalova (Rusiya) uduzaraq mübarizəni dayandırdı.
+100 kq
1/16 final. Rüstəm Kotsoyev Acaks Tadeharaya (ABŞ), 1/8 finalda Jarko Çuluma (Serbiya) qalib gəldi. Onun 1/4 finaldakı rəqibi Qela Zaalişvili (Gürcüstan) olacaq.
1/16 final. Şahin Qəhrəmanov Vladislav Şerpitskini (Belarus) məğlub etdi. O, 1/8 finalda Anton Krivobokova (Rusiya) uduzaraq mübarizəni dayandırdı.
1/16 final. Ayxan Cəfərov Ruslan Şahbazova (Rusiya) uduzaraq mübarizəni dayandırdı.
1/16 final. İmran Yusifov Temuulen Battulqaya (Monqolustan) uduzaraq mübarizəni dayandırdı.
Qeyd edək ki, Azərbaycanın kişi millisi əvvəlki iki gündə dörd medal qazanıb. Belə ki, bir qızıl, bir gümüş və iki bürünc medal aktivimizə yazdıra bilmişik.
Səbuhi MUSAYEV