Azərbaycan millisi Qazaxıstan yığması ilə yoxlama oyunu keçirib.
Oxu.Az xəbər verir ki, bu, DÇ-2018-in seçmə mərhələsinə hazırlaşan komandamızın 2016-cı ildə ilk sınağı idi.
Antalyanın “Qloriya Sport Arena” stadionunda keçirilən matç Qazaxıstanın minimal hesablı qələbəsi ilə bitib - 0:1.
Matçda yeganə qolu 8-ci dəqiqədə Maksat Bayjanov vurub.
İkinci hissədə bir neçə dəfə hesabı bərabərləşdirmək şansımız olsa da, futbolçularımız əllərinə düşən imkanlardan istifadə edə bilməyiblər.