Bu gün Bakı-2015 I Avropa Oyunlarında qadın voleybolçuların mübarizəsində qrup mərhələsinin son oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, A qrupunun lideri olan Azərbaycan millisi qrupda son oyununu Türkiyə yığmasına qarşı keçirib.
Keçirdiyi 4 görüşdə ardıcıl qələbələr qazanan qızlarımız bu seriyanı sonadək qoruyub-saxlaya bilməyiblər.
Gərgin keçən görüş 3:0 (25:23, 26:24, 25:21) hesabı ilə Türkiyə yığmasının xeyrinə başa çatıb.