Azərbaycan milli komandasının baş məşqçisi Canni de Byazi Türkiyənin Antalya şəhərinə səfərə yollanıb.
Səfərin məqsədi millimizə namizəd futbolçuları izləməkdir.
O, hazırda klubları ilə Antalyada təlim-məşq toplanışında olan millimizə potensial namizəd futbolçuları izlədikdən sonra qərarını açıqlayacaq.
Qeyd edək ki, AFFA-nın Azərbaycan millisinə cəlb etmək istədiyi futbolçuların siyahısında Rusiyanın “Ximki” klubunda çıxış edən Kamran Əliyev və Ukraynanın “Minay” klubunda oynayan Anatoli Nuriyev də var.