Ölkədə tətbiq edilən xüsusi karantin rejimi dövründə insanlar zərurət olmadığı təqdirdə evdən çıxmamağa çalışırlar. Bəziləri filmlər izləyir, bəziləri kitab oxuyur, kimisi isə ev işlərində bacarıqlarını nümayiş etdirir.
Bəs futbol üzrə milli komandamızın üzvləri karantin günlərini necə keçirir?
Oxu.Az xəbər verir ki, millimizin dörd futbolçusu bu barədə fikirlərini bildirib:
Emin Mahmudov: “Vaxtımı daha çox uşaqlarımla keçirirəm. Kitablar almışdım, onları oxudum. Fiziki formamı qorumağa çalışıram”.
Şahruddin Məhəmmədəliyev: “Karantinin əsas üstünlüyü ailəmə daha çox vaxt ayırmağımdır. Uşaqlarımla oynaya bilirəm”.
Emil Balayev: “Qida rasionuma xüsusi diqqət yetirirəm. İmmun sistemini gücləndirən qidalardan istifadə edirəm. Çalışıram ki, bol vitaminli meyvələrə üstünlük verim”.
Ramil Şeydayev: “Əsasən, idman edirəm, formamı qorumağa çalışıram. Filmlər də izləyirəm. “Centlmenlər”ə baxmağı hamıya tövsiyə edirəm”.