Azərbaycan millisinin futbolçusu Dmitri Nəzərov Almaniyada sosial yönümlü reklama çəkilib.
Oxu.Az xəbər verir ki, reklamın çəkilişinə Almaniyanın Aue şəhərində yaşayan və işləyən miqrantlar cəlb olunub.
Bunların arasında Aue şəhərini təmsil edən, 2-ci Bundesliqa klubu “Ertsqebirqe”nin futbolçusu Dmitri Nəzərov da var.
Qeyd edək ki, Dmitri Nəzərov 1990-cı ildə Qazaxıstanın Tayınşa (keçmiş Krasnoarmeysk – S.M.) şəhərində anadan olub. O, 2014-cü ildə milliləşdirilərək Azərbaycan yığmasına cəlb edilib.