Futbol üzrə Azərbaycan milli komandasının qarşıdakı yoldaşlıq görüşləri üçün heyəti açıqlanıb.
Bu barədə AFFA məlumat yayıb.
Bildirilib ki, baş məşqçi Canni De Byazi qarşıdakı oyunlara 29 futbolçu çağırıb. Onlardan 2-si - Rüstəm Əhmədzadə və Anatoli Nuriyev Ukrayna “Minay”ından dəvət edilib. Qalan oyunçuların hamısı Azərbaycan Premyer Liqasında çıxış edir.
Əhmədzadədən əlavə, Höccət Haqverdi və Murad Xaçayev (hər ikisi “Sumqayıt”) yığmaya ilk dəfə çağırılıb. Onların hər üçü milliləşdirilib.
Qeyd edək ki, Azərbaycan millisi mayın 27-də Alanyada Türkiyə, iyunun 2-də Minskdə Belarus, iyunun 6-da isə Kişinyovda Moldova ilə yoldaşlıq oyunu keçirəcək.
| S/S | AD, SOYAD | KLUB |
| 1 | Emil Balayev | Qarabağ |
| 2 | Aydın Bayramov | Sumqayıt |
| 3 | Mehti Cənnətov | Sumqayıt |
| 4 | Maksim Medvedev | Qarabağ |
| 5 | Rahil Məmmədov | Qarabağ |
| 6 | Anton Krivotsyuk | Neftçi |
| 7 | Şəhriyar Əliyev | Keşlə |
| 8 | Bədəvi Hüseynov | Qarabağ |
| 9 | Azər Salahlı | Keşlə |
| 10 | Təmkin Xəlilzadə | Sabah |
| 11 | Abbas Hüseynov | Qarabağ |
| 12 | Elvin Cəfərquliyev | Qarabağ |
| 13 | Höccət Haqverdi | Sumqayıt |
| 14 | Elvin Bədəlov | Sumqayıt |
| 15 | Sərtan Daşqın | Zirə |
| 16 | İsmayıl İbrahimli | Qarabağ |
| 17 | Murad Xaçayev | Sumqayıt |
| 18 | Anatoli Nuriyev | Minay (Ukrayna) |
| 19 | Rəhim Sadıqov | Sumqayıt |
| 20 | Aleksey İsayev | Sabah |
| 21 | Qara Qarayev | Qarabağ |
| 22 | Toral Bayramov | Qarabağ |
| 23 | Emin Mahmudov | Neftçi |
| 24 | Elvin Camalov | Zirə |
| 25 | Vüqar Mustafayev | Sumqayıt |
| 26 | Namiq Ələsgərov | Neftçi |
| 27 | Əli Qurbani | Sumqayıt |
| 28 | Ramil Şeydayev | Sabah |
| 29 | Rüstəm Əhmədzadə | Minay (Ukrayna) |