Cüdo üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Peter Zayzenbaher yetkinlik yaşına çatmayan qızı zorlanmada ittiham olunur.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə Vyana prokurorunun sözçüsü Nina Bussak açıqlama verib.
O qeyd edib ki, bu hələ tam təsdiqini tapmasa da, hər şeyə yaxın günlərdə aydınlıq gələcək. Bussakın sözlərinə görə, istintaq hələ yığmamızın sabiq çalışdırıcısını dindirməyib:
“Onunla bağlı müəyyən şübhələrimiz var. Bu işlə bağlı bir neçə nəfərin ifadəsi də alınıb. Lakin Zayzenbaherin özü suallarımıza cavab verməyə razılaşdıqdan sonra çox şeyə aydınlıq gələcək”.
Qeyd edək ki, bu arada Avstriya mətbuatı 2 qat Olimpiya çempionunun 2000-ci ilin əvvəllərində Vyana klublarının birinə rəhbərlik etdiyi vaxtda qanun pozuntularına yol verməkdə şübhəli sayır. Hazırda Kaliforniyada işləyən 54 yaşlı Zayzenbaher 2012-2014-cü illərdə millimizi çalışdırıb.
Yığmamızın London Olimpiadasında uğursuz çıxışından sonra Ağayar Axundzadəni əvəzləyən 54 yaşlı avstriyalı mütəxəssislə yolların ayrılmasında maliyyə şərtləri rol oynayıb.