On doqquz yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ikinci oyuna çıxıb.
Oxu.Az xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan millimiz Şimali Makedoniyanın Strumitsa şəhərində meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Əlverişsiz hava şəraiti və "Mladost" stadionunun meydançasının yararsız vəziyyətdə olması ilə əlaqədar noyabrın 28-dən bugünkü tarixə təxirə salınan görüş rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycanın qadınlardan ibarət U-19 millisi Avropa çempionatının seçmə mərhələsində 2-ci oyununa çıxacaq.
Oxu.Az xəbər verir ki, yığmamız səfərdə Şimali Makedoniya ilə qarşılaşacaq.
Sözügedən matç ötən gün keçirilməli idi. Lakin görüş əlverişsiz hava şəraiti və "Mladost" stadionunun meydançasının yararsız vəziyyətdə olması səbəbindən bu günə təxirə salınıb.
Oyun Bakı vaxtı ilə saat 13:30-da başlayacaq.
Qeyd edək ki, U-19 millimiz ilk matçında Sloveniyaya 0:2 hesabı ilə uduzmuşdu.