"MDB-yə üzv dövlətlərin beynəlxalq film festivalı hazırlanır".
Oxu.Az-ın Laçına ezam olunan əməkdaşının verdiyi məlumata görə, bunu MDB-yə üzv olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun icraçı direktoru Tahir İksanov Mədəniyyət Nazirliyinin və Azərbaycan Prezidentinin Laçın rayonundakı xüsusi nümayəndəliyin təşkilatçılığı ilə keçirilən "MDB ölkələrində müasir kino istehsalının inkişafı" adlı dəyirmi masada çıxışı zamanı deyib.
Direktor bildirib ki, bu festival üzv ölkələrin kino sənayesi sahəsinə böyük dəstək olacaq:
"Ümumilikdə isə deyə bilərəm ki, MDB-yə üzv ölkələrdə müxtəlif beynəlxalq kino tədbirləri keçirilir və bu tədbirlər kino sənayesi sahəsinin inkişafına təkan verir".
Samir Əli