Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-dəki danışıqlarda nümayəndə heyətinin əsas vəzifələrini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin rəsmi saytında məlumat verilib.
"Ukrayna nümayəndə heyətinin rəhbəri Rustəm Umerov komandası ilə artıq ABŞ-yə yollanıb. O bu gün məruzə ilə çıxış edib və qarşıya qoyulan vəzifəsi aydındır: münaqişənin başa çatması üçün atılan addımların operativ və məzmunlu şəkildə müəyyən edilməsi", - deyə Zelenski bildirib.
O qeyd edib ki, Ukrayna və Amerika konstruktiv formatda işləməyə davam edir və hər kəs Cenevrə görüşlərinin nəticələrinin ABŞ-də yekunlaşacağını gözləyir.
"Mən nümayəndə heyətimizin öz işi ilə bağlı bu bazar günü baş tutacaq hesabatını səbirsizliklə gözləyirəm. Ukrayna ləyaqətli sülh üçün çalışır", - deyə Zelenski əlavə edib.