21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Çexiya, Şotlandiya və Cəbəllütariqlə oyunlar üçün heyəti açıqlanıb.
Oxu.Az bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) istinadən məlumat verir.
Məlumatda komandaya 25 oyunçun dəvət aldığı əksini tapıb.

Qeyd edək ki, onların arasında hazırda Türkiyənin "Ərzurumspor" klubunda çıxış edən Nəriman Axundzadnin də adına rast gəlmək olur.
Xatırladaq ki, U-21 sentyabrın 25-də evdə Çexiya, sentyabrın 30-da səfərdə Şotlandiya, oktyabrın 6-da evdə Cəbəllütariqlə üz-üzə gələcək.