Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.
Oxu.Az xəbər verir ki, E qrupunda İndoneziya - Monteneqro matçı baş tutub.
Qarşılaşma avropalıların 4:0 hesablı qələbəsi ilə bitib.
Bununla da qrup mərhələsinin oyunlarına yekun vurulub.
Qazandığı qələbə sayəsində xallarının sayını 7-yə çatdıran Monteneqro 1/8 finala adlayıb.
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının qrup mərhələsinin III turunda daha bir matç keçirilib.
Oxu.Az xəbər verir ki, F qrupunda Qazaxıstan millisi ABŞ yığmasını məğlub edib.
Milli Gimnastika Arenasında baş tutan görüş Qazaxıstan yığmasının 5:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla belə hər iki seçmə komanda mübarizəni dayandırıb.
Bu qrupda yer alan Bosniya və Herseqovina və Polşa yığmaları pley-off mərəhləsinə yüksəliblər.
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.
Oxu.Az xəbər verir ki, H qrupunda Serbiya - Qana matçı baş tutub.
Milli Gimnastika Arenasında reallaşan qarşılaşmada rəqibini məğlub edən (2:1) Serbiya xallarının sayını 9-ya çatdıraraq 1/8 finala qrup lideri kimi yollanıb.
Hesabında 0 xal olan Qana mübarizəni dayandırıb.
Çexiya millisi Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında yer aldığı qrupu lider tamamlayıb.
Oxu.Az xəbər verir ki, III turda Gürcüstan ilə qarşılaşan çexlər 2:2 hesablı heç-heçəyə razılaşıblar.
Hər iki kollektiv G qrupunda 7 xala malik olsalar da, əlavə göstəricilərə görə üstün sayılan Çexiya seçməsi qrupu birinci bitirib.
Hər iki kollektiv növbəti mərhələyə adlayıb.
3 xala malik Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) komandası və 0 xalla Argentina mübarizəni dayandırıb.
Daha iki komanda Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında 1/8 final mərhələsinə vəsiqə qazanıb.
Oxu.Az xəbər verir ki, Bosniya və Herseqovina ilə Polşa millisi bu raundda iştirak hüququ əldə ediblər.
Tərəflər F qrupunun III turunda üz-üzə gəliblər. Milli Gimnastika Arenasındakı qarşılaşma heç-heçə yekunlaşıb - 1:1.
Xallarının sayını beşə çatdıran hər iki komanda növbəti raunda yüksəlib.
F qrupunun Qazaxıstan - ABŞ matçı saat 20:45-də başlayacaq. Hər iki kollektivin bir xalı var.
Argentina millisi Bakıda keçirilən minifutbol üzrə dünya çempionatını xalsız başa vurub.
Oxu.Az xəbər verir ki, Cənubi Amerika təmsilçisi G qrupunun III turunda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) komandası ilə üz-üzə gəlib.
Milli Gimnastika Arenasındakı qarşılaşma asiyalıların qələbəsi ilə yekunlaşıb - 4:1.
Hər iki kollektiv mundialla vidalaşıb. BƏƏ üç xalla üçüncü yeri tutubsa, bütün görüşlərdə uduzan Argentina qrup sonuncusu olub.
G qrupunun Çexiya - Gürcüstan qarşılaşması saat 18:15-də başlayacaq. Bu matç qrupda ilk pillənin sahibini müəyyənləşdirəcək. Hər iki yığmanın altı xalı var.
Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.
Oxu.Az xəbər verir ki, H qrupunda İsrail - İspaniya matçı baş tutub.
Milli Gimnastika Arenasında reallaşan qarşılaşmada rəqibini məğlub edən (4:2) İsrail xallarının sayını 6-ya çatdıraraq 1/8 finala yüksəlib.
Hesabında 3 xal olan İspaniya mübarizəni dayandırıb.
H qrupunun Serbiya - Qana oyunu saat 19:30-da start götürəcək. Serbiyanın 6 xalı var. Afrika təmsilçisi isə əvvəlki iki qarşılaşmada məğlub olub.
Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.
Oxu.Az xəbər verir ki, günün ilk matçında E qrupunda Kosta Rika ilə Tailand milliləri qarşılaşıblar.
Milli Gimnastika Arenasındakı qarşılaşma Asiya təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 4:1.
Xallarının sayını 7-yə çatdıran Tailand növbəti mərhələyə vəsiqə qazanıb. Qrupda bütün oyunlarda uduzan Mərkəzi amerikalılar turnirlə vidalaşıblar. E qrupunun İndoneziya - Monteneqro görüşü bu gün saat 20:00-da başlayacaq.
Bu gün Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının qrup mərhələsinə yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, son oyun günündə daha səkkiz görüş keçiriləcək.
Belə ki, Kosta-Rika Tailandı, İsrail İspaniyanı, Argentina BƏƏ-ni, Polşa Bosniya və Herseqovinanı, Çexiya Gürcüstanı, Serbiya Qananı, Qazaxıstan ABŞ-ni, İndoneziya isə Monteneqronu qəbul edəcək.
Qeyd edək ki, minifutbol üzrə Azərbaycan seçməsi ilk oyunda heç-heçə edib, digər iki görüşdə isə qələbəyə sevinib (1:1, 4:0, 2:0).
26 may
Minifutbol üzrə dünya çempionatı
Qrup mərhələsi
III tur
Saat 12:45, Kosta-Rika - Tailand;
Saat 14:00, İsrail - İspaniya;
Saat 15:15, Argentina - BƏƏ;
Saat 16:30, Polşa - Bosniya və Herseqovina;
Saat 18:15, Çexiya - Gürcüstan;
Saat 19:30, Serbiya - Qana;
Saat 20:45, Qazaxıstan - ABŞ
Saat 22:00, İndoneziya - Monteneqro.