Polşa NATO-ya üzv digər ölkələrin iştirakı ilə son illərin ən böyük hərbi təlimlərini keçirəcək.
Oxu.Az "İzvestiya"ya istinadən xəbər verir ki, bunu Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, bu, Polşa və müttəfiqlərinin Rusiya və Belarusun keçirəcəyi bu ilin ən böyük hərbi təlimləri - "Qərb-2025"ə cavabı olacaq.
Polşa Silahlı Qüvvələri Baş Qərargah rəisi general Veşlav Kukula bildirib ki, təlimlərin əsas vəzifələrindən biri Varşavanın şərqində yerləşən 18-ci diviziyanın "Abrams" tankları kimi yeni texnikaya nə qədər yiyələndiyini yoxlamaqdır.