Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının qalibi bəlli olub.
Oxu.Az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan final görüşündə Azərbaycan və Macarıstan yığmaları üz-üzə gəliblər. Matç komandamızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Millimizin heyətində qolları Təmkin Xəlilzadə, Məhəmməd Xəlilov və Rəvan Kərimov (2) vurublar.
Bununla da, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv tarixində ilk dəfə dünya çempionatının qalibi olub.
Qeyd edək ki, turnirdə üçüncü yeri Monteneqroya 3:0 hesabı ilə qalib gələn Serbiya millisi tutub.
Daha çox foto burada: PhotoStock.az
Bakda təşkil olunan minifutbol üzrə dünya çempionatında üçüncü yerin sahibi müəyyənləşib.
Oxu.Az xəbər verir ki, bürünc medal uğrunda oyunda Monteneqro və Serbiya yığmaları üz-üzə gəliblər.
Qarşılaşma serblərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, final mərhələsində Azərbaycan və Macarıstan seçmələri münasibətlərinə aydınlıq gətirəcəklər. Görüş saat 20:00-da start götürəcək.
Bu gün minifutbol üzrə dünya çempionatına yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, günün ilk matçında bürünc medal uğrunda mübarizədə Monteneqro seçməsi ilə Serbiya millisi üz-üzə gələcək.
Dünya çempionu isə saat 20:00-da start götürəcək final matçından sonra məlum olacaq. Milli komandamız doğma azarkeşlər önündə Macarıstan seçməsi ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan millisi yarımfinal mərhələsində Monteneqronu 2:1 hesabı ilə məğlub edib, Macarıstan seçməsi isə Serbiya ilə 0:0 hesablı heç-heçədən sonra penaltilər seriyasında (3:1) qalib gələrək adını finala yazdırıb.
1 iyun
Minifutbol üzrə dünya çempionatı
Üçüncü yer uğrunda mübarizə
Saat 18:00, Monteneqro - Serbiya.
Final
Saat 20:00, Azərbaycan - Macarıstan.