Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII turun daha bir oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, günün ikinci matçında "Neftçi" səfərdə "Zirə"nin qonağı olub. Zirə İdman Kompleksinin stadionunda keçirilən matç 1:1 hesablı heç-heçə ilə bitib.
Bu nəticədən sonra "qartallar" 45 xalla 4-cü, "ağ-qaralar" isə 44 xalla 5-ci yerdədir.
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII tura start verilib.
Oxu.Az xəbər verir ki, turun açılış oyununda "Turan Tovuz" Sumqayıtda "Araz-Naxçıvan"la qarşılaşıb. Görüş Tovuz təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da Kurban Berdiyevin baş məşqçisi olduğu komanda avrokuboklara vəsiqə uğrunda daha bir önəmli addım atıb. Belə ki, xallarını 55-ə çatdıran "Turan Tovuz" 3-cü pillədəki mövqeyini möhkəmlədib. Qərb təmsilçisi ən yaxın izləyicisi "Zirə"ni 10 xal qabaqlayır. "Araz-Naxçıvan" isə 39 xalla 6-cı sırada qalıb.
Günün ikinci matçında "Neftçi" səfərdə "Zirə"nin qonağı olacaq. "Zirə" İdman Kompleksinin stadionunda keçiriləcək oyun saat 19:30-da start götürəcək.
Qeyd edək ki, XXVIII tura aprelin 19-da yekun vurulacaq.
Bu gün futbol üzrə Misli Premyer Liqasında XXVIII tura start verilir.
Oxu.Az xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək.
Günün ilk qarşılaşmasında "Araz-Naxçıvan" öz meydanında "Turan Tovuz"u qəbul edəcək. "SOCAR Polymer Arena"da baş tutacaq qarşılaşma saat 17:00-da start götürəcək. Naxçıvan təmsilçisi 27 turdan sonra 39 xalla altıncı, tovuzlular isə 52 xalla üçüncü yerdə qərarlaşıblar.
Günün digər qarşılaşmasında isə avrokuboklara vəsiqə uğrunda mübarizə aparan iki komanda "Zirə" və "Neftçi" üz-üzə gələcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək bu maraqlı qarşılaşma saat 19:30-da başlayacaq.
Qeyd edək ki, 27 turdan sonra aktivində 44 xalı olan "Zirə" dördüncü, 43 xal toplayan "Neftçi" isə beşinci yerdədir.
17 aprel
17:00, "Araz-Naxçıvan" - "Turan Tovuz"
Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Şirmamed Mamedov, İslam Məmmədov;
VAR: Fərid Hacıyev;
AVAR: Rəhman İmami;
Hakim-inspektor: Rəhim Həsənov;
AFFA nümayəndəsi: Emin Cəfərov;
"SOCAR Polymer Arena".
19:30, "Zirə" - "Neftçi"
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Zöhrab Abbasov, Kamran Əliyev;
VAR: Nicat İsmayıllı;
AVAR: Eyyub İbrahimov;
Hakim-inspektor: İmanxan Sultani;
AFFA nümayəndəsi: Anar Şıxəliyev;
Zirə İdman Kompleksinin stadionu.