Misli Premyer Liqasının 31-ci turunda "Kəpəz" səfərdə son Azərbaycan çempionu "Sabah"a qalib gəlib.
Oxu.Az xəbər verir ki, "Bank Respublika Arena"da baş tutan matç gəncəlilərin 0:1 hesablı qələbəsi ilə bitib.
Qolu 46-cı dəqiqədə Rəham Hacıyev vurub.
Turnir cədvəlində 10-cu sırada yer alan "Kəpəz" bu qələbə sayəsində xallarının sayını 27-yə çatdıraraq yerini möhkəmləndirib. 75 xalla lider olan "Sabah" isə çempionluğunu rəsmiləşdirib.
Qeyd edək ki, turun açılış matçında "İmişli" və "Zirə" qolsuz bərabərə qalıb. Premyer Liqada tura mayın 10-da yekun vurulacaq.
Misli Premyer Liqasında 31-ci tura start verilib.
Oxu.Az xəbər verir ki, ilk oyun günündə "İmişli" səfərinə yollanan "Zirə" rəqibi ilə heç-heçə edib.
Quba Olimpiya İdman Kompleksində baş tutan matçda hesab açılmayıb.
Bu nəticədən sonra "Zirə" 50 xalla dördüncü sırada qərarlaşıb. "İmişli" isə 33 xalla doqquzuncudur.
Misli Premyer Liqasında XXXI tura start verilir.
Oxu.Az xəbər verir ki, ilk oyun günü iki qarşılaşma keçiriləcək.
Günün ilk matçında "İmişli" "Zirə"ni qəbul edəcək. Quba Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq görüşün start fiti 16:30-da səslənəcək. Matçın baş hakimi Kamranbəy Rəhimov olacaq.
Hazırda "İmişli" 32 xalla turnir cədvəlinin 9-cu, "Zirə" isə 49 xalla 5-ci pilləsində qərarlaşıb.
Günün ikinci matçında isə "Sabah" və "Kəpəz" komandaları üz-üzə gələcək. "Bank Respublika Arena"da keçiriləcək görüş saat 19:30-da başlayacaq.
Qeyd edək ki, "Sabah" 75 xalla çempionatın lideri, "Kəpəz" isə 24 xalla sonuncu - 10-cu pillədədir.
8 may
16:30, "İmişli"- "Zirə"
Hakimlər: Kamranbəy Rəhimov, Kamran Bayramov, Mirnihat Seyidov, Emin Əliyev
VAR: Rauf Cabarov
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Nəriman Axundov
Məkan: Quba OİK stadionu.
19:30, "Sabah" - "Kəpəz"
Hakimlər: Elvin Bayramov, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev
VAR: Fərid Hacıyev
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Məkan: "Bank Respublika Arena".